89. Pan- Avropa planı
Lokarno konfransından sonra Avropa qitəsi ölkələrinin siyasi birliyinin yaradılması məsələsi aktuallıq kəsb etməyə başladı. "Panavropa" ideyasının ideoloqu avstriyalı qraf Kuderxove-Kalergi Portuqaliyadan Polşaya qədər bütün Avropanın birləşdirilməsi fikrini irəli sürdü. O, bununla eyni zamanda ABŞ, Rusiya va Şərqi Asiya dövlətlərinə qarşı ittifaqı da düşünürdü. Kuderxove Kalerginin ideyasını məşhur fransız siyasətçiləri E.Errio va A.Brian bəyəndilər. Qeyd etmək lazımdır ki, Avropa dövlətlərinin birliyi ideyasının kökləri hələ orta əsrlərə gedib çıxırdı.
1925-ci ilin yanvarında Errio "Avropa Birləşmiş Ştatları" ideyasını irəli sürdü. 1926-ci ildə Vyanada A.Brianın rəhbərliyi ilə keçirilən birinci Panavropa konqresinin iştirakçıları qitə dövlətlərinin suverenliyini qorumaq şərti ilə onların iqtisadi, gömrük və hərbi əməkdaşlığını qurmağı zəruri saydılar. Panavropa ittifaqı və onun dövlətlərarası strukturları olan Federal Şura, Federal Məhkəmə və Federal Məclis yaradıldı. Lakin geniş ümumavropa sistemi yaratmaq mümkün olmadı..
Belə şəraitdə başlanan dünya iqtisadi böhranı bütün ölkələrdə həyat səviyyəsinin aşağı düşməsinə və işsizliyin artmasına gətirib çıxardı. İşsizlərin ümumi sayı 30 mln. nəfərə çatdı. Böhrandan çıx maq üçün Avropa dövlətlərinin səylərini birləşdirmək zərurəti daha da artdı. Digər tərəfdən böhranın davam etməsi bazarlar, nüfuz dairələri, kapital ixracı və müstəmləkələrin bölüşdürülməsi uğrunda mübarizəni də kəskinləşdirdi. Dünya iqtisadi böhranı şəraitində bö yük dövlətlər arasında ziddiyyətlər kəsginləşdi.
Belə şəraitdə Avropa dövlətlərinin birliyinə nail olmaq və onların təhlükəsizliyini təmin etmək mühüm əhəmiyyət kəsb edirdi. Avropa dövlətlərinin birliyini yaratmaq təşəbbüsünü Fransanın xa rici işlər naziri Aristid Brian öz üzərinə götürdü. O, 1930-cu il ma yın 17-də Avropanın 27 ölkəsinə "Avropa federal ittifaqi rejimini yaratmaq haqqında müraciət etdi. Belə bir ideyanı o, iqtisadi əmək daşlıq və böhrana qarşı birgə mübarizə aparmaq tədbirlərinin zəruriliyi ilə əlaqələndirdi. Böhran aleyhina mübarizə məqsədi ilə Avropa komitəsi yaradılmalı idi. Lakin bu təklif Avropa dövlətləri tərəfindən soyuq qarşılandı.
1932-ci ildə Bazeldə ikinci Panavropa konqresi keçirildi. Konqres Avropa Partiyasının yaradıldığını elan edərək Avropa Birləşmiş Ştatları yaratmaq naminə siyasi qərarlar qəbul etməyə hazır olduğunu bildirdi. Lakin bu qərarlar da kağız üzərində qaldı.
"Pan-Avropa planı" əslində Avropada Fransanın mövqelərini möhkəmləndirmək və hegemon rol oynamaq məqsədi daşıyırdı. Bu plandan istifadə etməklə Fransa Almaniya ilə münasibətlərini normallaşdırmaq, gömrük maneələrini aradan qaldırmaq, ümumi təhlükəsizliyi təmin etmək və b. məsələlərin həllinə səy göstərirdi. Lakin Avropa dövlətləri, xüsusən Böyük Britaniya Fran sanın Avropada mövqelərinin möhkəmləndirilməsinə yol vermək istəmirdilər. Öz növbəsində Almaniya Fransanın təkliflərinə Versal sisteminin gücləndirilməsi cəhdləri kimi baxaraq etiraz etdi. İtaliya da bu planın əleyhinə çıxdı. Nəticədə "Pan-Avropa planı"nı həyata keçirtmək mümkün olmadı.
Dostları ilə paylaş: |