Osmanlı dövləti ile sülh müqaviləsi 1920-ci il avqustun 10-da Sevrdə bağlandı. Sülh müqaviləsinin şərtlərinə görə türk sultanı paytaxt kimi İstanbulu saxlayırdı. Lakin sülh müqaviləsinin tələbləri yerinə yetirilmədikdə müttəfiqlər onun şərtlərinə yenidən baxa bilərdilər.
Ölkədə işgal rejimi saxlanılırdı. Müttəfiqlərin yaratdığı maliyyə komissiyasının razılığı olmadan Osmanlı dövləti konsessiyalar verə bilməzdi. Osmanlı silahlı qüvvələri əsgər və zabitlərlə birlikdə 50 min, jandarmeriyanın sayı isə 35 min nəfər müəyyənləşdirildi. Osmanlı hökuməti erməni dövlətinin müstəqil liyini tanımalı idi.
Sülh müqaviləsi Osmanlı dövlətinin parçalanma sini rəsmiləşdirdi. Osmanlı dövləti ərazilərinin 80%-ni - Fələstin. Transiordaniya, İraq, Suriya, Livan və başqalarını itirirdi; Qara dəniz boğazları üzərində Antanta ölkələrinin beynəlxalq nəzarəti qoyulur və tərksilah edilirdi; bütün ölkələrin gəmiləri müharibə və dinc vaxtı boğazlardan sərbəst şəkildə keçə bilərdi. Bundan ötrü boğazlar komissiyası yaradılırdı. Komissiyanın tərkibinə İngiltərə, Fransa, Yaponiya, İtaliya, istədiyi vaxt ABŞ-dan iki səsi olan bir nümayəndə daxil edilməli idi: Rusiya, Yunanistan, Ruminiya. Bolqarıstan və Türkiyədən bir səsi olan bir nümayəndə də buraya daxil ola bilərdi. Rusiya, Bolqarıstan və Türkiyə yalnız Millətlər Cəmiyyətinə daxil olduqdan sonra belə bir hüququ qazanacaqdı.
Sevr müqaviləsi Türkiyəni suverenlikdən məhrum edərək onu müstəmləkəyə çevirir və müstəqilliyini faktiki olaraq ləğv edirdi. Özünü xalqın gözündə salmış sultan hakimiyyəti artıq ölkədə real qüvvəyə malik deyildi.
Dostları ilə paylaş: |