1. Avtomatik idarəetmə (tənzimləmə) sahəsində əsas anlayışlar


Statik və astatik idarəetmə



Yüklə 1,19 Mb.
səhifə3/24
tarix30.12.2021
ölçüsü1,19 Mb.
#49381
1   2   3   4   5   6   7   8   9   ...   24
Avtomatik idarəetmənin əsasları

2. Statik və astatik idarəetmə.
AİS-ləri xarici həyəcancı təsirlə (obyektin yükü ilə) idarə olunan parametr (idarəolunan parametrlə onun tapşırıq qiyməti arasındakı fərqi - meyletmə) arasındakı asılılığa görə statik və astatik sistemlərə bölürlər. Statik idarəetmə sistemlərində xarici həyəcancı təsirlə idarəolunan parametr (meyletmə) arasında müəyyən asılılıq mövcuddur. Belə sistemlərdə idarəedici təsirin bir qiymətinə idarə olunan parametrin (meyletmənin) bir qiyməti uyğun gəlir. Yəni, onlar birqiymətli asılıdırlar. Statik sistemlərdə qərarlaşmış rejimdə xarici həyəcancı təsir dəyişdikdə idarəedici təsirin yaranması üçün mütləq meyletmə olmalıdır. Ona görə də bu cür sistemlərdə qəraralaşmış vəziyyətdə qalıq meyletməsi mövcud olur. Bunu daha aydın təsəvvür etmək üçün aşağıdakı misala baxaq:

1 - idarəolunan obyekt. (çən və ya qab)

h - idarəolunan parametr. Mayenin səviyyəsi

2 - üzgəc

3 - dartıcı

4 - klapan



Bu sistemlər üçün qərarlaşmış vəziyyətdə dəqiqlik - "idarəetmə statizmi" aşağıdakı kimi təyin edilir. Əgər xarici həyəcancı təsir (obyektin yükü) sıfırdan hər hansı nominal qiymətə qədər dəyişdikdə idarəolunan parametr dan a qədər dəyişirsə, onda idarəetmə statizmi




ifadəsi ilə təyin edilir.

Qapalı statik idarəetmə sistemləri üçün qəraralaşmış vəziyyət



ifadəsi ilə təyin edilir. Burada, k - sistemin açıq halda ötürmə (gücləndirmə) əmsalıdır.

Astatik idarəetmə sistemlərində qərarlaşmış vəziyyətdə idarəolunan parametrlər (meyletmə) ilə xarici həyəcancı təsir (obyektin yükü) arasında ixtiyari asılılıq ola bilər. Bu sistemlərdə qərarlaşmış vəziyyət idarə olunan parametrin yalnız bir qiymətində (nominal qiymətində) yaranır. Yəni meyletmə sıfıra bərabər olur.








Şəkildə verilmiş qaz axını borusunda təzyiqin idarə edilməsi sistemi astatik sistemlərə misal ola bilər. Bu sistemdə qaz axınının təzyiqi membranın yuxarı səthinə təsir edərək 2 ştokunu qüvvəsi ilə aşağı hərəkət etdirir. P - axının təzyiqi, S - membranın səthinin sahəsidir. Eyni zamanda 4 yükü qüvvəsi ilə 2 ştokunu yuxarı hərəkət etdirməyə çalışır. Burada N 4 yükünün çəkisi a, b isə dayağa nəzərən asılan yükün və yük asılan tirin qollarının uzunluğu. 2 ştokunun hərəkətsiz vəziyyəti ,yəni qərarlaşmış rejimi ancaq halında baş verəcəkdir. Yəni idarə olunan parametr verilmiş (nominal) qiymətini alanda sistemdə qərarlaşmış vəziyyət yaranır. Buradan görünür ki, astatik sistemlərdə qərarlaşmış vəziyyətdə meyletmə sıfır olur.


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin