İskitlərlə döyüşdə Kaştaritinin həlak olmasından sonra Midiya İskitlərin hakimiyyəti altına düşdü. Bundan sonra Midiyada
Kiaksarın hakimiyyəti (e.ə 625-585) Midiya hökmdarı Kiaksar:
Midiyada İskit ağalığına son qoydu
Xırda vilayət hakimlərini dövlətə tabe etdi və daxili qüvvələri birləşdirdi
Assuriyaya qarşı müharibəyə hazırlaşmaq üçün Midiya ordusunu yenidən təşkil edərək, onları silah növünə uyğun olaraq nizəçi və oxçu dəstələrinə böldü, süvariləri dəstəsini piyadalardan ayırdı
E.ə 616-612-ci illərdə Babilistan dövləti ilə ittifaqa girərək Assuriyanın – Aşşur, Arbela, Kalat və Nineviya şəhərlərini tutaraq dağıtdı
E.ə 605-ci ildə Assuriya dövlətini süquta urğadaraq onun varlığına son qoydu, Assuriyanın torpaqlarını isə Midiya vəBabilistan arasında bölüşdürdü
E.ə 590-585-ci illərdə Egey dənizinin sahillərinə çıxmaq məqsədilə Lidiya dövləti ilə müharibə apardı
E.ə 590-cı ildə Urartu və Manna dövlətinin müstəqilliyinə son qoyaraq onların ərazisini Midiyanın tərkibinə daxil etdi QEYD: Manna ərazisi Midiyanın ən çox inkişaf etmiş vilayəti olduğundan Midiyanın ictimai-iqtisadi həyatına və mədəniyyətinə böyük təsir göstərmişdir.
Astiaqın hakimiyyəti (e.ə 585-550) Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq gəldi. Astiaq Midiyanın sonuncu hökmüdarı oldu. Astiaqın hakimiyyəti dövründə:
Daxili çəkişmələr artdı, Midiya sarayında gizli fəaliyyət göstərən farsmeyilli qüvvələr fəallaşdı
Zadəganların hüququnu məhdudlaşdırmaq siyasət yürütməsi onunla əyanalar arasındakı ziddiyyətlərin və narazılığın yaranmasına səbəb oldu
Fars əyalətinin hakimi II Kir ilə uğursuz müharibə apardı
Midiya dövləti süquta uğradı
QEYD: Midiya sarayında bir qurup əyan fars vilayətinin hakimi II Kir ilə gizli sazişə girərək Astiaq ilə müharibəyə başladı.