Azərbaycanda yaşayan tayfaları birləşdirən ümumi xüsusiyyətlər Erkən Orta əsrlər dövründə Azərbaycanda yaşayan bütün tayfaları birləşdirən ümumi xüsusiyyətlər var idi:
Birinci xüsusiyyət -tayfaların eyni ideologiyanın təsiri altında olması idi. Müxtəlif dövrlərdə bu tayfalar bütpərəstliyin,Zərdüştliyin, xristianlığın və nəhayət, İslamın ayinlərini icra etməli olmuşdular.
İkinci xüsusiyyət– tabe olduqları imperiyanın milli əsarətinə qarşı birlikdə mübarizəaparmışdılar.
Üçüncü xüsusiyyət -yadelli istilaçıların hücumlarına qarşı birlikdə müqavimət göstərirdilər.
IV-VII əsrlərdəCənubi Qafqaz və bütünlükdə Azərbaycan əvvəlcə Sasani və Bizans imperiyalarının, sonralar isə Xəzər xaqanlığı və Xilafətin maraq dairəsinə düşmüşdü. Bu zaman həmin tayfalar işğalçılara birlikdə müqavimət göstərmişdilər. Lakin, Erkən Orta əsrlər dövründə Azərbaycanda xalqın formalaşması prosesinə mənfi təsir edən və Albaniyada əhalinin etnik birliyini parçalayan amillər var idi. Həmin amillər bunlar idi:
IV əsrdən başlayaraq xristianlıq təbliğatının güclənməsi
IV-VII əsrlərdə Cənubi Qafqaz və bütünlükdə Azərbaycan əvvəlcə Sasani və Bizans imperiyalarının, sonralar isə Xəzər xaqanlığı və Xilafətin maraq dairəsinə düşmüşdü. Bu zaman həmin tayfalar işğalçılara birlikdə müqavimət
göstərmişdilər.Təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq İslamın prinsiplərinə zidd olduğu üçün ərəb işğalları dövründə Albaniyanın xristian əhalisiİslam dininin təsir dairəsindən kənarda qaldı. Bu vaxtdan erməni və gürcü kilsələrinin Albaniyanınqərbində yaşayan əhalini öz dini-siyasi dairələrinə salmaq uğrunda mübarizəsi daha da gücləndi. Azərbaycan İslamla xristianlıq arasında ən kəskin qarşıdurma məntəqəsinə çevrildi.
Azərbaycan xalqının təşəkkülü prosesində İslam dininin rolu Xalqımızın iqtisadi və mədəni inkişafında islam dininin mühüm rolu olmuşdur. VII-VIII əsrlərdə ərəblərin işğalı və İslam dininin Azərbaycanın bütün ərazisində yayılması nəticəsində:
Əvvəlki müxtəlif dini baxışlar sıxışdırılıb sıradan çıxarıldı
Ölkəyə yadelli orduların hücumlarının qarşısı alındı
Təsərrüfat canlandı, iqtisadi və siyasi sabitlik yarandı
Azərbaycanın Xilafətə tabe olan ölkələrin xalqları ilə iqtisadi və mədəni əlaqələri genişləndi
Azərbaycan xalqının formalaşması üçün zəruri şərtlərin hamısı yarandı
Azərbaycan ərazisində yaşayan türk və qeyri-türk tayfaları arasında vahid adət-ənənələr yaranıb genişləndi onların qaynayıb-qarışma prosesini daha da sürətləndi.