1 Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri


Düşmənin xeyli canlı qüvvəsi məhv edildi



Yüklə 82,01 Kb.
səhifə38/46
tarix02.01.2022
ölçüsü82,01 Kb.
#43956
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   46
tarix kol

Düşmənin xeyli canlı qüvvəsi məhv edildi




  • Ərəb sərkərdəsi Buğa döyüş meydanından qaçmaqla ölümdən xilas oldu




  • Xürrəmilər çoxlu qənimət (silah, ərzaq və pul və.s) ələ keçirdilər


Xəlifənin Afşini xürrəmilərə qarşı sərkərdə təyin etməsi
Türk mənşəli sərkərdə olan Afşin xəlifə tərəfindən, 835-ci ildə Xürrəmilərə qarşı vuruşan ərəb ordusuna baş komandan, həmçinin İranın mərkəzi vilayətlərininAzərbaycanın hakimi təyin etdi. Xəlifənin müstəsna səlahiyyətlər verdiyi Afşin Babəklə əsas döyüşə girməzdən əvvəl aşağıdakı taktiki və təşkilati tədbirləri həyata keçirdi:


  1. Öz qərargahını xürrəmilərin istehkamına yaxın olan Bərzəndə köçürdü




  1. Ərdəbildən Bərzəndə qədər olan qalaları və yolları bərpa edib möhkəmləndirdi




  1. Kəşfiyyat əməliyyatına əhəmiyyət verərək onu gücləndirdi, Babəkin ən yaxşı sərkərdələrini aradan qaldırdı




  1. Xürrəmilər arasında təfriqə salmağa başladı, Babəkin casuslarını öz tərəfinə çəkdi




  1. Babəkin döyüş planı, qalaları, canlı qüvvəsi və cəbhəxanası haqqındageniş məlumat topladı

Afşin özünə lazım olan qədər məlumat topladıqdan sonra xürrəmilərlə həlledici döyüşə başladı. Onlar döyüş gedən yerlərə və yollara yaxşı bələd olduğu üçün tez-tez hücuma keçərək ərəblərə gətirilən ərzağı, silahı və pulu ələ keçirir, adamlarını öldürürdülər. Xürrəmilər də tədbirli fəaliyyət göstərirdilər.Lakin azadlıq müharibəsinin illərlə uzanmasıgeniş əraziləri əhatə etməsi ona rəhbərliyi çətinləşdirirdi. Afşinin tədbirlərindən qorxuya düşən yerli iri feodallar, o cümlədən Babəkin sabiq tərəfdarları və müttəfiqləri olan Səhl ibn Sumbat, ibn Bəis, Əbu Musa və b. tədricən ondan uzaqlaşdı. İsma əl-Kürdi, Tarxan və.b sərkərdələrin Afşin tərəfindən aradan götürülməsi Babəkə ağır zərbə oldu.



Yüklə 82,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin