Babəkin qələbələri Xürrəmilər mütəşəkkil döyüşlərə başlamazdan əvvəl Azərbaycanın şəhər və kəndlərindən minlərlə yadelli qəsbkarı qovdular. Azadlıq müharibəsinin birinci üç ilində xəlifə xürrəmilərə qarşı nizami ordu göndərməyib Azərbaycandakı ərəb hərbi hissələrinin qüvvəsindən istifadə etməklə kifayətləndi. Xürrəmilərin əsas mərkəzi Bəzz qalası idi.
Babəkin başçılığı ilə xürrəmilərə qarşı 819-cu ildə xəlifə ilk nizami ordu göndərdi. Üsyançılar həmin ordunu əzdilər. Bu qələbədən sonra 10 ilə yaxın müddətdə xürrəmilər Xilafətin bir-neçə nizami ordusunu darmadağın etdilər. Xürrəmilər Sünik, Şəki, Beyləqan, Arsax və.s vilayətlərdə daha əzmlə vuruşurdular.