1 Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri


Xürrəmilərin azadlıq müharibəsinə Babəkin başçılıq etməsi (816-837)



Yüklə 82,01 Kb.
səhifə33/46
tarix02.01.2022
ölçüsü82,01 Kb.
#43956
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   46
tarix kol

Xürrəmilərin azadlıq müharibəsinə Babəkin başçılıq etməsi (816-837)
Azərbaycanda xürrəmilərə başçılıq edən Cavidan və Əbu İmran arasındakı ixtilaflar xilafətə qarşı xürrəmilərin mübarizə aparmasını çətinləşdirirdi. O zaman Cavidan:


  • Bəzz qalasının sahibi və xürrəmilər icmasının başçısı idi




  • Babəki (798-838) ilk dəfə Bəzz qalasına gətirmişdi


816-cı ildə döyüşlərin birində Cavidan və Əbu İmran bir-birini öldürdülər. Bundan sonra Cavidanın dul qadınının təşəbbüsü ilə xürrəmilər icmasına rəhbərlik Babəkin əlinə keçdi. 816-cı ildən etibarən Babəkin xürrəmilər hərəkatına başçılıq etməsi vəziyyəti tamamilə dəyişdi və xalq azadlıq hərəkatının yeni mərhələsi başladı. Babək xürrəmilərin başına keçən kimi aşağıdakı tədbirləri həyata keçirdi:



  • Bu vaxta qədər baş vermiş xürrəmi üsyanlarını təhlil etdi




  • Xürrəmi üsyanlarınının uğursuzluğunun səbəblərini araşdırdı




  • Azərbaycanın hər tərəfinə öz adamlarını göndərərək onları ərəblərə qarşı müharibəyə çağırdı




  • Orduya Müaviyə, Abdulla Tarxan, Adin, Rüstəm, isma əl-Kürdü sərkərdə təyin etdi

Döyüşlərdə xürrəmilərə Müaviyə, Abdulla (hər ikisi Babəkin qardaşları idi), Tarxan, Adin (Aydın), Rüstəm, isma əl-Kürdü və b. başçılıq edirdilər. Bu hərəkatda müxtəlif tayfalar, xüsusilə türk tayfaları yaxından iştirak edirdilər. Azadlıq ordusunun əsas hərəkətverici qüvvələrini kəndlilər təşkil edirdi. Hərəkatda əhalinin müxtəlif təbəqələri - şəhər yoxsulları, sənətkarlar, iri və orta feodallar iştirak edirdi. Azadlıq hərəkatı bir çox əraziləri bürüsə də, xürrəmilərin mərkəzi Azərbaycan idi. İran tarixçisi Səid Nəfisinin fikirinə görə, “Xürrəmiddin Babəkin hökmranlıq etdiyi və öz məzhəbini yaydığı yer bugünkü İranın şimal-qərbində yerləşən geniş bir ölkədir”. Bu ərazinin bir hissəsi hazırda Cənubi Azərbaycan, digər hissəsi isə Azərbaycan Respublikasıdır.




Yüklə 82,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin