İlk, birinci üsyan - 778-ci ildə başlasada tezliklə yatırıldı.
İkinci üsyan - 808-ci ildə xəlifə Harun ər-Rəşidin dövründə baş verdi.
Xürrəmilərin ikinci üsyanına Cavidan başçılıq edirdi. Üsyançıların sayı 100 mindən artıq idi. Xəlifə onlara qarşı böyük nizami ordu göndərdi. Beləliklə, xürrəmilərin 808-ci ildə baş verən üsyanı nəticəsində:
Üsyan çətliklə də olsa amansızlıqla yatırıldı, 10 minlərlə adam isə əsir aparıldı
Xəlifənin göstərişi ilə əsir kişilər öldürüldü, qadın və uşaqlar isə qul bazarında satıldı
Xürrəmilərin sırası seyrəlsə də onların mübarizə əzmi sönmədi
Xürrəmilərin düşmənə qarşı döyüş təcrübələri zənginləşdi
İlk üsyanların uğursuzluğu göstərdi ki, Xürrəmilər (Cavidanla, Əbu İmran) arasındakı şəxsi ixtilaflar ərəblərə qraşı mütəşəkkil mübarizəni zəiflədir, üsyanlar arasında 10 illərlə fasilə yaranmasına səbəb olurdu. Elə buna görə də xürrəmilər xilafət üçün ciddi təhlükə yarada bilmirdi.
Dostları ilə paylaş: |