Eramızın ilk əsrlərində Albaniya-Roma münasibətləri Eramızın I əsrində Albaniyada hakimiyyət artıq Aranilər sülaləsindən olan yerli hökmdarların əlində idi. Bu dövrdə
Albaniya hökmdarları:
Roma imperiyası ilə diplomatik əlaqələr saxlayirdılar.
Xarici siyasətdə Romaya meyl edirdilər.
I əsrdə Oktavian Avqustunadına tərtib edilmiş kitabə - Albaniyanın Roma ilə diplomatikəlaqələr saxladığını sübut edir. Oktavian Avqustun adından tərtib edilmiş kitabədə yazılmışdır: “Bizim dostluğumuzu alban, iber vəmed (Atropatena)hökmdarları istəyirdilər”. Eramızın 68-ci ilində Roma imperatoru Neron Albaniyaya böyük yürüşə hazırlaşırdı. Neronun Albaniyaya nəzərdə tutulan bu yürüşü Dərbənd keçidinəqədər olmalı idi. Lakin Romada üsyan zamanı Neronun öldürülməsi səbəbi ilə yürüş baş tutmadı. Bir müddət sonra imperator Domisianın (81-96) Roma hərbi dəstəsi – legionu təxminən 84-96-cı illərdə Xəzər sahillərinə, indiki Abşeron yarımadasına gəlib çatmışdı. Bunu Qobustanda üzərində latın dilində yazı olan daş kitabə də sübut edir. Burada yazılmışdır: “İmperator Domisian Sezar Avqust Germanik. Lyusi Yuli Maksim, ildırımsaçan XII legionunun senturionu”. Buradan aydın olur ki, Qobustan kitabəsi kiçik hərbi dəstə tərəfindən müşayiət olunan Roma nümayəndəliyinin Albaniya ərazisinə səfəri ilə bağlı yaranmışdı.
İmperator Adrianın dövründə (117-138) Roma ilə Albaniya arasında yaxın əlaqələr mövcud olmuşdu. Adrian Albaniya hökmüdarları ilə dostluqəlaqələri saxlamış, onlara qiymətli hədiyyələr göndərmişdi.
Albaniyanın Roma ilə diplomatik əlaqələri III əsrin ortalarına qədər davam etmişdi. Bundan sonra Albaniya Roma ilə yalnız iqtisadi və mədəni əlaqələr saxlamışdır.