–
Darik adlanan vahid pul sistemi yaratdı
– Güclü
nizami ordu yaratdı
– İşğal edilmiş ölkələri
20 satraplığa (canişinliyə) böldü, hər bir çanişinlik, o cümlədən Azərbaycan
müəyyən vergi dairəsinə daxil edildi (Azərbaycan Əhəməni imperiyasının satraplığından biri oldu.)
E.ə 522-521-ci illərdə imperiyada baş vermiş üsyanlar yatırtdı və dövlətin əvvəlki sərhədlərini bərpa etdi
Hindistanın şimal-qərbini, Egey dənizi hövzəsini və Qara dənizin cənub sahillərini işğal etdi
Əhəmənilər imperiyasını çox böyük ərazini əhatə edən güclü imperiyaya çevirdi
İskit tayfaları üzərinə hücum edərək onları məğlun etdi
Yunan-İran müharibələrində müvəffəqiyyətsizliyə uğradı
QEYD: Yunan-İran müharibələri (e.ə 500-e.ə 449) zamanı Azərbaycan Azərbaycan Əhəmənilərə vergi verir və onun ordusunu müharibə zamanı hərbi dəstələrlə təmin edirdi. Odur ki, Yunan-İran müharibələri zamanı Azərbaycan döyüşçüləri
Əhəmənilər tərəfindən iştirak edirdilər.