E.ə 331-ci ildə Qavqamela vuruşmasında III Dara İsgəndərə məğlub oldu və yeni qüvvə toplamaq ümidi ilə ölkənin Şərq hissəsinə qaçdı. E.ə 330-cu ildə III Dara qaçarkən yolda öz adamı Bes tərəfindən öldürüldükdən sonra Əhəmənilər imperiyası süqut etdi. Beləliklə. İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəmənilər imperiyası dağıldı. (M.İsgəndər Əhəməni imperiyasına son qoydu.) III Dara da Midiya hökmüdarı Astiaq kimi öz dövlətinin sonuncu hökmüdarı kimi tarixə düşdü. Bundan sonra İsgəndər Mərkəzi Asiyaya yürüş etdi. İsgəndərin hərbi yürüşü Hindistanda başa çatdı. Makedoniyalı İsgəndərin vaxtında onun imperiyasının torpaqları Balkan yarmadasından Hindistanadək uzanırdı. Azərbaycanın cənubu da İsgəndərin imperiyasının tərkibinə daxil idi.