E.ə I əsrin ortalarında Parfiya dövləti Şərqdə Romanın ən güclü rəqibi idi. E.ə 53-cü ildə Parfiya romalıları məğlubiyyətə uğratdı. Bu zaman Atropatena dövləti Parfiyanı müdafiə edirdi.
E.ə 38-ci ildə rolalılar parfiyalıları ağır məğlubiyyətə uğratdı və Roma sərkərdəsi Antoni Atropatenaya yürüş etdi. Bu hadisədən sonra Parfiyanın Atropatenanı bütövlükdə özünətabe etməyə çalışması Atropatena ilə Parfiya arasında münasibətləri pisləşdirdi. Bu zaman Atropatena müstəqilliyini saxlamaq məqsədi ilə Roma ilə dostluq münasibətləri yaratmağa səy göstərdi. Bütün səylərə baxmayaraq Atropatena müstəqilliyini qoruyub saxlaya bilmədi. Belə ki, eramızın 20-ci ilində Atropatenanın sonuncu hökmdarı Ariovastın ölümündən sonra Atropatena Parfiyanın – Arşakilər sülaləsinin hakimiyyəti altına düşdü və Parfiyadövlətinin süqutuna qədər (20-ci ildən 224-cü ilədək) Parfiya dövlətin tərkibində qaldı.