Atropatenanın Parfiya dövləti ilə münasibətləri
Seleviklər dövlətinin parçalanması
nəticəsində Mərkəzi Asiyada Parfiya dövləti (e.ə 247 – e. 224-cü illərdə mövcud olmuşdur) yarandı.
E.ə II əsrin ikinci yarısında Parfiya dövləti Roma dövləti ilə
Ön Asiyada ağalıq uğrunda mübarizə aparırdılar. Bu zaman Selevkilər dövləti zəifləyərək bir neçə xırda dövlətlərə parçalanmışdı. Parfiya və Atropatena dövlətləri
Romanı özlərinin müstəqilliyi üçün təhlükə hesab edirdilər.
Romaya qarşı mübarizə Parfiya və Atropatena dövlətlərini bir biri ilə yaxınlaşdırırdı.