Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi “Damazlıq ana arı yetişdirilməsi” layihəsi Azərbaycanda arıçılığın inkişafı, təbliği, müasir arısaxlama texnologiyala-
rının tətbiqi, arı xəstəliklərinə qarşı mübarizə, yerli arı genofondunun qorun-
ması və damazlıq işinin təşkili məqsədilə həyata keçirilən layihə çərçivəsində
Türkiyədən ana arı yetişdirilməsi üçün istifadə olunan avadanlıqlar gətirilib.
Bu avadanlıqlar Azərbaycanda damazlıq ana arı yetişdirilməsi istiqamətində
fəaliyyət göstərən “Dağ arıçıları” İctimai Birliyinə təhvil verilib.
Layihənin həyata keçirilməsi ilə aşağıdakı müsbət nəticələr əldə olunub.
- Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda beynəlxalq
standartlara uyğun kütləvi damazlıq ana arı yetişdirilməsinə başlanılıb.
- Bir il içərisində 3.000-4.000 ədəd ana arı yetişdirilməsinə nail olunub.
Əvvəlki göstərici 600 ədəddir.
- Təsərrüfatların məhsuldar ana arılarla təmin olunması nəticəsində bal
məhsuldarlığı 35-40% artıb. Başqa sözlə, illik 30 ton əlavə bal istehsal
edilir.
- Respublikanın bir neçə bölgəsində ana arı yetişdirilməsinə başlanılıb.
- Ana arı yetişdirilməsi sahəsində yerli mütəxəssislər hazırlanıb.