104
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin həkimləri
üçün təlim
2010 və 2011-ci illərdə Milli Onkologiya Mərkəzində işləyən 14
həkim Türkiyənin müxtəlif universitet və xəstəxanalarında tibbin müxtəlif
sahələrində təlim keçiblər.
“Naxçıvan Muxtar Respublikası ilə səhiyyə sahəsində əməkdaşlıq”
layihəsi
Naxçıvanda səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə
Muxtar Respublikanın səhiyyə sektorunda çalışan tibb heyəti üçün TİKA Baş
Ofisinin dəstəyi ilə Türkiyədə müxtəlif ixtisaslar üzrə təlim və təkmilləşmə
kursları təşkil olunub. 2007-2011-ci illərdə keçirilən bu kurslarda 52 nəfər
tibb işçisi iştirak edib.
Bundan əlavə, səhiyyə sahəsində aşağıdakı layihə və fəaliyyətlər həyata
keçirilib:
- Reproduktiv sağlamlıq təlim proqramları;
- Şəmkir Rayon Mərkəzi Xəstəxanası həkimləri üçün təlim proqramı;
- Mərkəzi Klinik Xəstəxana həkimləri üçün təlim proqramı;
- Səhiyyənin müxtəlif sahələri üzrə təşkil olunan beynəlxalq konqres,
simpozium, konfrans və digər bu kimi tədbirlərdə azərbaycanlı
mütəxəssislərin iştirakının dəstəklənməsi.
Dostları ilə paylaş: