Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi V Beynəlxalq Konfransı TİKA Baş Ofisi, Azərbaycan Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, BDU,
UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu,
Daşkənd İnformasiya Texnologiyaları Universiteti və Elektrik və Elektronika
Mühəndisləri İnstitutunun (İEEE) birgə əməkdaşlığı ilə oktyabrın 12-14-də
Bakıda təşkil olunan konfransda 31 ölkədən 162 elm adamı iştirak edib.
Elmi və mədəni sahələrdə əməkdaşlıq istiqamətində, yuxarıda sadalanan
layihə və fəaliyyətlərə əlavə olaraq, TİKA Başqanlığının aşağıdakı
çalışmaları da qeyd oluna bilər:
- “AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun modernləşdirilməsi”
layihəsi;
- II Türk Filmləri Festivalı;
- Beynəlxalq Türk Dili Olimpiadaları;
- Beynəlxalq Molla Nəsrəddin Karikatura Festivalı;
- Beynəlxalq Uşaq Muğam Festivalı;
- Beynəlxalq Mülki Hüquq Simpoziumu;
- Novruz bayramı tədbirləri;
- “Yunus Əmrədən Füzuliyə insan sevgisi” mövzusunda beynəlxalq
konfrans;
- “Keçmişdən bu günə Əhməd Yəsəvi” mövzusunda konfrans;
- “Cənubi Qafqazda sabitlik və əməkdaşlığı artırma” mövzusunda
konfranslar silsiləsi;
- Qloballaşma prosesində Qafqaz və Orta Asiya Konqresi.