Şəki Əlillərə Qayğı İctimai Birliyinə dəstək Şəki Əlillərə Qayğı İctimai Birliyi ilə birgə həyata keçirilən “Əqli və
fiziki əlillər üçün tədris kurslarının təşkil olunması” layihəsi çərçivəsində
əlillərə xalçaçılıq, qobilen, trikotaj, tikiş və kompyuter biliklərinin tədris
olunması üçün lazım olan avadanlıq, təchizat və materialların məsrəfləri
qarşılanıb. Kurslara davam edən əlillərin nəqliyyat problemini həll etmək
məqsədi ilə bir ədəd mikroavtobus Birliyə hədiyyə edilib.