111 Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri Azərbaycanın təhsil sahəsində əməkdaşlıq etdiyi ölkələrdən biri də
Türkiyə Respublikasıdır.
Hazırda Azərbaycanla Türkiyə arasında çoxtərəfli və inkişaf etmiş təhsil
əlaqələri mövcuddur. Azərbaycanın Türkiyə ilə bu sahədə əməkdaşlığı həm
məzmununa, həm də miqyasına görə başqa ölkələrlə müqayisədə çox geniş
spektri əhatə edir.
Ötən 15 il ərzində iki qardaş ölkə arasında təhsil sahəsində çoxtərəfli
əməkdaşlığı həyata keçirmək üçün lazımi hüquqi baza yaradılıb. 1992-
ci ildə “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyə
Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq
haqqında” Müqavilə, 1994-cü ilin fevralında “Türkiyə Respublikası ilə
Azərbaycan Respublikası arasında elm, texnika, sosial, mədəni və iqtisadi
sahələrdə əhatəli əməkdaşlıq haqqında” Müqavilə, 1997-ci ilin martında
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikası
Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahələrində əməkdaşlıq
haqqında” Protokol imzalanıb. Bu sənədlərdə təhsilin müxtəlif sahələri,
qarşılıqlı tələbə mübadiləsini təmin edən müddəalar mövcud olsa da,
Azərbaycan ali məktəblərində verilən ixtisasların Türkiyə tərəfindən
tanınması məsələsi həllini tapmayıb. Bu, sonrakı illərdə Azərbaycan ali
Qulu NOVRUZOV Azərbaycan Respublikası təhsil nazirinin müavini