119 Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri göz həkimliyi və s.) yürsək səviyyəli kadrları olaraq fəaliyyət göstərir.
Ümumiyyətlə, Azərbaycanın öz müstəqilliyini əldə etdiyi tarixdən bu
günədək qardaş Türkiyənin ali məktəblərində 4000-ə yaxın azərbaycanlı
gənc dövlət xətti ilə təhsil almaq imkanına malik olmuşdur. Yuxarıda da
göstərildiyi kimi, bu prosesin daha nizamlı və mütəşəkkil şəkildə həyata
keçirilməsi 1998-ci və sonrakı illərdə Təhsil Nazirliyinin Türkiyənin
müvafiq təhsil qurumları ilə imzaladığı sənədlərlə tənzimlənmişdir.