115 Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri görülməsi”, 24-cü maddəsinə Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisasartırmaları istiqamətlərində, həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərəcəyi”, 26-cı maddəsinə pedaqoji kadrların müxtəlif ixtisaslar üzrə ixtisasartırma, yenidənhazırlanma, rəhbər kontingentin idarəetmə sahəsində elmi nəzəri, təcrübi biliklərinin artırılması, məsafədən (distant) təhsil, rəhbər və pedaqoji kadrların attestasiya mexanizmləri ilə bağlı” əməkdaşlıq məsələlərini tənzimləyən müddəalar əlavə edilib.
Tərəflər iki ölkə arasında, xüsusilə 1998-ci ildən bəri təhsil və elm
sahələrində əməkdaşlığın uğurlu olduğunu ifadə etməklə yanaşı, bəzi
sahələrdəki çətinlikləri, xüsusən də bir sıra ixtisaslar üzrə Azərbaycan
ali məktəb diplomlarının Türkiyə tərəfindən tanınmaması məsələlərinə
toxunublar. Müzakirələr nəticəsində “Azərbaycan Respublikası Təhsil
Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurası arasında ali təhsil
sahəsində əməkdaşlığa dair” İlkin Protokol imzalanıb. Bu Protokolda
Azərbaycan ali məktəbləri tərəfindən verilən iqtisadiyyat, beynəlxalq
əlaqələr, memarlıq və inşaat, elektrik-elektronika və maşın mühəndisliyi
ixtisaslarının ən yaxın zamanda tanınması üçün müvafiq işlərin aparılması
nəzərdə tutulub. Tərəflər iki ölkənin ali məktəblərini tibb ixtisasları üzrə
bitirən məzunların diplomlarının tanınması şərtlərinin müəyyən edilməsində
razılığa gəliblər. Azərbaycanın Türkiyə vətəndaşları üçün müəyyən
etdiyi kontingent çərçivəsində Türkiyədə keçirilmiş qəbul imtahanları
nəticəsində Azərbaycan Tibb Universitetinə qəbul olunmuş tələbələr ilk 3
ili bu ali məktəbdə təhsil aldıqdan sonra təhsillərini Türkiyənin aparıcı ali
məktəblərində davam etdirmələri barədə razılıq əldə edilib. Protokolda bu
da qeyd olunub ki, Türkiyədə “tibdə uzmanlıq” proqramı üzrə dövlət xətti
ilə təhsil almağa göndərilən Azərbaycanın ali məktəb məzunları bir tədris ili
“Türk dili üzrə hazırlıq mərkəzi”ndə oxuduqdan sonra Egey Universitetində
təşkil ediləcək ixtisas imtahanlarının nəticəsinə görə Ali Təhsil Şurası
tərəfindən müvafiq ali məktəblərə yerləşdiriləcəklər. Eyni zamanda, tərəflər
istər dövlət, istərsə də qeyri-dövlət xətti ilə qarşılıqlıq olaraq ayrılmış təqaüd
yerləri çərçivəsində diplomdansonrakı təhsilə (magistratura, doktorantura)
qəbulun artırılması məqsədilə müvafiq tədbirlərin görüləcəyi haqqında
razılığa gəliblər.
2000-ci ildən başlayaraq Bakının 6, 14, 41, 56 və 261 saylı
məktəblərində türk dili tədris olunur. Dərslər Bakıda fəaliyyət göstərən Bakı