123
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
Ɔ
Giriş
Müstəqilliyini əldə etdikdən sonra hər bir xalqın gördüyü ilk iş
dövlət atributlarını yaratmaq olur. Azərbaycan 1991-ci il oktyabrın 18-də
müstəqilliyinin bərpasını elan etdikdən sonra dövlət atributlarını təmin etmək
üçün çalışmağa başlayıb. Dövlət atributlarının ən vacibi və əhəmiyyətlisi
Silahlı Qüvvələrdir. Rusiya imperiyasının tərkibində olarkən Azərbaycan 170
il ərzində nizami orduya malik olmayıb və ona Silahlı Qüvvələrini yaratmaq
imkanı verilməyib. Müstəqilliyini bərpa edən Azərbaycan ilk günlərdən həlli
mürəkkəb olan problemlərlə üzləşib. Sovet imperiyasının dağılmasını anlayan
Ermənistan əvvəlcədən yaradlmış erməni silahlı dəstələri (sonralar bu dəstələr
Ermənistan Silahlı Qüvvələrinin əsasını təşkil edib) və parçalanmış Sovet
ordusunun muzdlu əsgərlərinin köməyi ilə Azərbaycana qarşı ərazi iddiaları
irəli sürərək elan edilməmiş müharibəyə başlayıb. O dövrdə Azərbaycan
erməni silahlı dəstələrinin işğalçı hücumundan ərazilərini müdafiə etmək
məqsədilə könüllülərdən ibarət silahlı dəstələr yaratmışdı. Lakin hərbi
təcrübəsi olmadığından və vahid komandanlıq altında birləşmədiyindən bu
silahlı dəstələr erməni işğalına qarşı səmərəli müqavimət göstərə bilmirdi.
Yəhya MUSAYEV
Azərbaycan Respublikası müdafiə
sənayesi nazirinin müavini
Dostları ilə paylaş: