157
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
Avrasiya Metal İşçiləri Konfederasiyası çərçivəsində, həmçinin birbaşa
Azərbaycan Həmkarlar Təşkilatı Konfederasiyası ilə Kamu-Sen arasındakı
əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər həmkarlar ittifaqı
sahəsində, Avrasiya İnsan Hüquqları Federasiyası çərçivəsində həyata
keçirilən fəaliyyətlər isə insan hüquqları sahəsindəki qeyri-hökumət
təşkilatlarının fəaliyyətlərinə nümunələr təşkil edir. Bundan başqa, media
sahəsində işlər görən Azərbaycan Parlament Müxbirləri Dərnəyinin
Türkiyədəki çoxsaylı milli və yerli jurnalist dərnəkləri ilə imzaladığı
razılaşmalar və həyata keçirilən fəaliyyətlər, türk dünyası jurnalistlərini bir
araya gətirmə səyləri QHT əlaqələrinin nəticəsi kimi diqqəti cəlb edir.
QHT-lərin Azərbaycan-Türkiyə əlaqələrində nisbətən az yer tutduğunu
söyləyə bilərik. Lakin bu fəaliyyət sahələrinin gün keçdikcə daha da inkişafı
və QHT-lərin ikitərəfli əlaqələrdə oynadığı rolun hər keçən gün artdığı da
müşahidə edilir. QHT-lərin xüsusilə həssas mövzularda (Qarabağ problemi,
ŞKTR, PKK terroru) və mühüm proseslərdə (protokollar, Mavi Mərmərə
hücumu və s.) möhkəm bir körpü funksiyası daşıdığı və ciddi bir potensiala
sahib olduğı artıq sübut edilib. Bu sahənin inkişafı və dərinləşməsi üçün
müsbət cəhdlərin intensivliyinin artması faydalı olacaq.