151 Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr ünsiyyətdə olacağı ölkənin cəmiyyətlərini deyil, digər əlaqədar ölkələrin də
ictimaiyyətini nəzərə almaq məcburiyyətində qalır.
Azərbaycanda QHT-lərin ictimai həyatda, xüsusən də xarici siyasətdə
yer alması kifayət qədər yeni mövzudur və peşəkar mərhələyə, demək
olar ki, keçə bilməyib. Türkiyədə TİKA, Azərbaycanda QHT-lərə Dövlət
Dəstəyi Fondunun yaradılması, həm bu iki qurum, həm də digər vətəndaş
cəmiyyəti təşkilatları vasitəsilə ölkə daxilində və onun xaricində layihələr
təşkil edilməsi bu sahənin güclənməsinə ciddi təsir göstərib.