148
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
çatışmazlıq kimi xüsusi diqqət çəkir. Eyni zamanda, onu da qeyd etmək
lazımdır ki, bu mövzuda elmi araşdırmaların sayının az olmasının təbii
səbəbləri də mövcuddur. Son illəri nəzərə almasaq, Azərbaycan-Türkiyə
münasibətlərində çatışmazlığı ən çox vurğulanan məqamlardan biri də
məhz münasibətlərin rəsmi orqanlarla məhdudlaşması olmuşdur.
Bu məqalə qeyd olunan mövzu barədə ilk araşdırmalardan biri olduğu
üçün burada çatışmazlıqların və səhvlərin olması mümkündür. Məqalədə
qarşıya qoyulan əsas məqsədlərdən biri ən azı mövcud vəziyyətin
öyrənilməsi və gələcək tədqiqatlarda daha geniş toxunulacaq istiqamətlərin
müəyyənləşdirilməsidir.
Bu çərçivədə xarici siyasətdə QHT-lərin oynadığı rol ümumi şəkildə
nəzərdən keçirilir, bundan sonra Azərbaycan-Türkiyə münasibətlərinin
ümumi xüsusiyyətlərindən bəhs edilir, daha sonra isə ikitərəfli əlaqələrdə
qeyri-hökumət təşkilatlarının yeri müzakirə olunur. Bu məqsədlə məqalədə
QHT-lərin təsnifatı aparılır, dövlətlərin QHT-lər vasitəsilə həyata keçirilən
fəaliyyətlərə dair mövqeyinə aydınlıq gətirilir, ictimai təşkilatların qarşılıqlı
əlaqələrə töhfəsi baxımından bəzi nümunələrdən bəhs edilir.
Dostları ilə paylaş: