146 Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: erməni iddialarına qarşı yeni platformanın yaradılması qondarma erməni soyqırımı ilə günahlandırıb, Azərbaycan torpaqlarının
Ermənistan tərəfindən işğal edilməsi xalqların öz müqəddəratını təyin
etmək kimi qiymətləndirilib. Bu, Türkiyə və Azərbaycan ilə müqayisədə
hər baxımdan olduqca kiçik olan Ermənistanın uğurudur. Ermənistanın
tarixi həqiqətlərdən məhrum olan, yalnız böhtan və yalanlar üzərində
qurulmuş təbliğatı bu gün daha da genişlənir. Erməni təbliğatının nəticə
verməsində təsirli olan iki faktor var: xarici dövlətlərin Azərbaycan və
Türkiyəyə düşmən mövqedə olması (bura din faktorunu da əlavə etmək
mümkündür) və erməni təbliğatının davamlılığı. Azərbaycan və Türkiyə
erməni təbliğatına qarşı fəaliyyətdə ciddi nəticələr əldə etmək istəyirsə,
Türkiyə yerləşdiyi geosiyasi mövqeyindən, Azərbaycan sahib olduğu
enerji mənbələrindən bəhrələnərək xarici dövlətlərin düşmən mövqedən
yanaşmasını minimuma endirməli və erməni təbliğatının nəticələrini
aradan qaldırmağı bacarmalıdır. Əks-təqdirdə Azərbaycan və Türkiyə yenə
də erməni təbliğatını arxadan izləməyə məcbur olacaq. Təbliğat dünyamızın
ən son texnoloji silahından daha təsirlidir. Bu həqiqəti anlamadan, qısa, orta
və uzunmüddətli təbliğat planlarını tərtib etmədən arzuolunan nəticəyə
çatmaq qeyri-mümkün olacaq. Azərbaycan və Türkiyənin insan resursları,
maliyyə və digər parametrlər üzrə ciddi təbliğat potensialı var. Bu potensialı
planlı şəkildə hərəkətə keçirmək, əməkdaşlıq etmək və siyasi iradə ortaya
qoymaq lazımdır.