1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan və Türkiyə ortaq tarix doktrinası



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə186/203
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#30462
1   ...   182   183   184   185   186   187   188   189   ...   203
N 87

144
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
- Avropa və ABŞ-da elm, sənət və idman sahəsində tanınmış Azərbaycan 
və  Türkiyə türklərinin yaşadıqları ölkələrdə televiziya və radio kanallarında 
mövzu  ilə  əlaqədar  proqramlar  hazırlayaraq  onların  çıxışını  təşkil  etmək 
mümkündür.
- Din-islam mövzusundan faydalanaraq son zamanlarda terrorla islamı 
yanaşı  gətirənlərə  qarşı  arqumentlər  göstərmək  və  islam  dininin  Qərbdə 
bilindiyi  kimi  şiddəti  təmsil  etmədiyini  məntiqli  bir  şəkildə  açıqlamaq 
lazımdır. Avropada və ABŞ-da qondarma erməni soyqırımını tanıyan və ya 
tanımağa yaxın olan dövlətlərdə və ya şəhərlərdə Azərbaycan və Türkiyə 
tarixini,  sənətini,  mədəniyyətini,  folklorunu  tanıdan  sərgilərin  təşkil 
edilməsi ictimaiyyətə təsir edən amillər kimi qiymətləndirilə bilər.
Yuxarıda  qeyd  edilənlər  çərçivəsində  aparılacaq  təbliğat  fəaliyyəti 
vəziyyəti  tamamilə  dəyişdirməsə  də,  Azərbaycan  və  Türkiyəyə  bir  çox 
baxımdan üstünlük qazandıracaq. Bu istiqamətdə işlərin başlanılması, Türk 
Tarix  Qurumu, Azərbaycan  Milli  Elmlər Akademiyasının Tarix  İnstitutu, 
Bakı  Dövlət  Universiteti  və  Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyinin 
(ATİB)  ortaq  fəaliyyət  göstərərək  2006-cı  il  mayın  15-də  Bakı  Dövlət 
Universitetində  “Azərbaycan  və  Türkiyə  tarixində  erməni  məsələsi”  adlı 
konfrans keçirmələri müsbət haldır. Konfransın yekun sənədində sadalanan 
dörd təşkilatın imzası ilə Bakı Bəyannaməsi qəbul olunub. Bu təşkilatların 
2008-ci il fevralın 27-də Ankarada keçirilən iclasında planlanan işlərin daha 
sistematik şəkildə icrası üçün ATİB-in təşkilatçılığı ilə Azərbaycan Türkiyə 
Tarixi  Araşdırmaları  Fondu  (ATAF)  ictimai  birliyinin  qurulması  qərara 
alınıb. 2008-ci il mayın 14-də Türk Tarix Qurumunda ATAF-ın Himayəçilər 
Şurasının  ilk  iclası  təşkil  edilib.  İclasda  Azərbaycan  və  Tükiyədən  olan 
dövlət  adamları,  elm  xadimləri,  ictimai  birliklərin  nümayəndələri,  iş 
adamları  iştirak  ediblər.  İclasda  Himayəçilər  Şurası  üzvlərinin  sayı  11 
nəfərdən 52 nəfərə qədər artırılıb, Türkiyə Respublikasının IX Prezidenti 
Süleyman Dəmirəl Himayəçilər Şurasının sədri, Prof. Dr. İhsan Doğramacı, 
Azərbaycan Milli Məclisinin üzvü, Səməd Seyidov və ATİB-in fəxri sədri 
Ahmet  Erentok  sədr  müavinləri  seçiliblər.  Bu  iclasda  Azərbaycan  və 
Türkiyə  prezidentlərinə  ATAF-ın  fəxri  sədrləri  olmaları  üçün  məktubla 
müraciət edilməsi barədə qərar qəbul olunub, ATAF Ali Məsləhət Şurasının 
nizamnaməsi  təsdiq  edilib.  Himayəçilər  Şurası  tərəfindən  Azərbaycan 
Respublikası  Milli  Məslisinin  sədri  Oqtay  Əsədov  və  Türkiyə  Böyük 
Millət  Məclisinin  o  vaxtkı  sədri  Köksal  Toptan  Ali  Məsləhət  Şurasının 
həmsədrləri,  Azərbaycan  Milli  Məclisinin  millət  vəkili  Nizami  Cəfərov 
və  Türkiyə  Böyük  Millət  Məclisinin  millət  vəkili  Mustafa  Kabakçı  Ali 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin