141 Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: erməni iddialarına qarşı yeni platformanın yaradılması qondarma soyqırımın tanınması istiqamətində müxtəlif qərarlar qəbul
olunub. Türkiyənin bütün xoşməramlı cəhdlərinə baxmayaraq, Ermənistan
“soyqırımı” təbliğatına davam edir. Azərbaycan və Türkiyə XX əsrin
əvvəllərində Ermənistan ilə müharibə vəziyyətində olub, Ermənistan Dağlıq
Qarabağda yaşayan, Azərbaycan vətəndaşları olan ermənilərin separatçı
fəaliyyətlərinə dəstək verib və 1991-1994-cü illər arasında Azərbaycan
torpaqlarının 20%-ni işğal edib. Problemin həlli üçün beynəlxalq təşkilatlar
çərçivəsində bu günə qədər müzakirələr davam etsə də, tərəflər arasında son
sülh müqaviləsı imzalanmayıb. Azərbaycan və Türkiyənin qarşılaşdıqları
bu problemlər onları Ermənistana qarşı ortaq məxrəcə gətirib və prioritet
sırasına görə qısa, orta və uzunmüddətli strateji fəaliyyət planı hazırlamağa
və tətbiqinə fürsət verib. Bu fürsətlər düzgün şəkildə qiymətləndirilərsə,
Ermənistan qarşısında ciddi müvəffəqiyyətlər əldə etmək mümkün ola bilər.
Bu fürsətləri aşağıdakı kimi təsnif etmək mümkündür:
- Ermənilər qondarma soyqırımı mövzusunda təxminən 100 ildir fasiləsiz
şəkildə təbliğat aparır. Amma 1980-ci illərdə bu mövzuda müvəffəqiyyət
qazana biliblər. Bu baxımdan Azərbaycan və Türkiyə tarixçiləri Erməni
təbliğat tarixini tədqiq etməli, onların hansı mövzulara üstünlük verdiklərini
müəyyən etməli, zəif nöqtələrini tapmalı və ümumiyyətlə, bu istiqamətdə
əks-təbliğat işləri prioritet olmalıdır.
- Ermənistan beynəlxalq aləmdə əlinə düşən hər fürsətdə Türkiyəni
arxivləri bağlı saxlamaqda günahlandırır, halbuki arxivlər açıqdır. Türkiyə
isə Ermənistan və Daşnaksütyun Partiyasının arxivlərinin bağlı olduğunu
nə daxildə, nə də beynəlxalq arenada kifayət qədər gündəmə gətirib. Bu
mövzuda Türkiyə Ermənistan ilə çox rahat bir şəkildə mübahisəyə girə bilər.
- Türkiyədə qərbi və şərqi erməni dilini bilən mütəxəssislərin sayı çox
azdır və bu mütəxəssislər erməni dilini yüksək səviyyədə bilmirlər. Türkiyə
son zamanlarda bu çatışmazlığı aradan qaldırmaq üçün bəzi addımlar ataraq
Ankara Universitetində erməni dili kursları və Ərciyəs Universitetində
erməni dili və əsəbiyyatı ixtisası açsa da, Türkiyədə erməni dili
qrammatikasını və erməni dilini mükəmməl bilən müəllim olmadığından
problem hələ də qalmaqdadır. Türk mətbuatında dərc olunan xəbərlərə
görə, erməni dili müəlliminin Ermənistandan gətirilməsi məsələsi müzakirə
olunub. Bu, strateji cəhətdən yanlış addımdır və təhlükəsizlik baxımından
gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Azərbaycanda bu mövzuda
vəziyyət fərqlidir. Erməni dilini mükəmməl bilən insanlar var, Azərbaycan
Dövlət Radiosu və ATV İnternational televiziya kanalı hər gün erməni
dilində proqram nümayiş etdirir. Azərbaycanda erməni dilini mükəmməl