142 Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: erməni iddialarına qarşı yeni platformanın yaradılması bilən şəxslər Ankara və Ərciyəs universitetlərində bu dili tədris edə bilər.
Beləliklə, mövcud problem aradan qaldırılar.
- Rusiya, Fransa, ABŞ, İngiltərə və Vatikan arxivlərində qondarma
erməni soyqırımı ilə əlaqəli gizlilik müddəti bitmiş arxiv sənədlərinin
öyrənilməsi mövzusu da xüsusi əhəmiyyət kəsb edir. Çünki Ermənistan və
bəzi xarici tarixçilər sadalanan dövlətlərin arxivlərində türklərin soyqırım
törətdiyini sübut edən rəsmi sənədlərin olduğunu iddia edirlər. Bu,
dezinformasiyadan başqa bir şey deyil. Əgər bu dövlətlərin arxivlərində,
həqiqətən də, türkləri soyqırımla günahlandıracaq mahiyyətdə sənədlər
olsaydı, çoxdan tədqiqatçılar üçün açıq olar və Türkiyə ittiham edilərdi.
Əksinə, bu dövlətlərin arxivlərində XIX əsrin sonlarından XX əsrin
əvvəllərinə qədər onların Osmanlı ermənilərinin təşkilatlanması və üsyan
çıxarmalarına kömək etmələri, ASALA terror təşkilatına və Ermənistanın
qondarma soyqırımı iddialarına verdikləri dəstək haqqında Türkiyənin
lehinə olan bir çox sənədlər mövcuddur. İşlər bu mövzu istiqamətində
aparılmalıdır.
- Azərbaycan və Türkiyə Ermənistana qarşı həyata keçirəcəkləri
fəaliyyətdə dünyaca məşhur BBC, CNN, Amerikan FOX News, ABC,
CBS, NBC, Əl Cəzirə və başqa televiziya kanallarında fikirlərini əks etdirən
proqramların, sənədli filmlərin yayımlanması, “National Geographic”,
“History Review”, “Political Science Quarterly”, “Foreign Affairs”,
“Journal of American History” və “Journal of Defence and Diplomacy”
jurnallarında məqalə və tədqiqatların dərc olunması yollarını tapmalıdırlar.
Bu mövzuda xüsusilə ictimai birliklərin regional və beynəlxalq sahədə
işlərini Xarici İşlər Nazirlikləri koordinasiya etməlidir.
- İnternet vasitəsilə erməni təbliğatına qarşı Azərbaycan və Türkiyənin
həqiqətlərini əhatə edən arxiv sənədləri, türk və xarici elm adamlarının
əsərləri ingilis, alman, fransız dillərinə tərcümə edilərək yayılmalı, xüsusi
saytlar hazırlanmalıdır.
- Müasir dünyada regional və beynəlxalq terrorizmlə mübarizənin
yeni dövrə girdiyi nəzərə alınaraq xarici dillərdə erməni terroru haqqında
elektron məlumatlar hazırlanmalı, dünyanın bütün dövlətlərinin Xarici İşlər
Nazirliklərinə, arxivlərinə, universitetlərinə göndərilməlidir. Burada yazılı
və vizual medianın imkanlarından faydalanmaqla, 1919-cu ildə Osmanlı
dövlət adamlarını öldürmək məqsədilə qurulan “Nemesis”, 1970-ci illərdə
türk diplomatlarına qarşı terror törədən ASALA terror təşkilatı, ermənilərin
öz dövlət adamlarına qarşı təşkil etdikləri terror hərəkətləri, ermənilər
tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Azərbaycan türklərinə