Partiyasının qurduğu ASALA (Ermənistanın qurtuluşu üçün gizli erməni
ordusu - Armenian Secret Army for the Liberation of Armenia) terror
təşkilatı fəaliyyətə başlayıb və türk diplomatlarını, ailələrini və səfirlik
əməkdaşlarını yaralayıb və qətlə yetirib.
Azərbaycan və Türkiyənin erməni iddialarına qarşı ortaq fəaliyyət planı Eyni soydan gəldiklərindən Azərbaycan və Türkiyə, təbii olaraq,
ortaq tarixi paylaşır. Amma tarixin bəzi dövrlərində iki ölkə arasında
bəzən qopmalar olub. Azərbaycan təxminən 200 il Rusiyanın tərkibində
olduğundan, tarixi və mədəni dəyərlərin fərqli istiqamətdə inkişafına
məruz qalsa da, əsasən, kökündən qopmayıb. Azərbaycan və Türkiyə,
ümumiyyətlə isə digər türk respublikaları qədim çağlardan günümüzə
qədər olan tarix salnaməsinin tədqiqində ortaq hərəkət etməli, tədqiqatlar
aparmalı, ortaq türk tarixinin yazılması istiqamətində səy göstərməlidirlər.
Türk respublikaları tarix və arxeologiya institutları bir araya gələrək,
prioritetli mövzuları müəyyən etməli və bu istiqamətdə layihələr həyata
keçirməlidirlər.
Son iki yüz ildə Azərbaycan və Türkiyə fərqli inkişaf yolu keçsələr də,
XX əsrin əvvəllərindən etibarən hər iki dövlət erməni problemi ilə üzləşib.
Bu problem indiki dövrə qədər davam edir və böyük bir ehtimalla bundan
sonra da davam edəcək. Ermənistan son yüz ildə Türkiyəni qondarma
soyqırımda ittiham edib, apardığı təbliğat ilə dünyanın müxtəlif dövlətlərində
7 Оганесян, Век Борьбы, Tom 2, cтр. 454-455.