145 Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: erməni iddialarına qarşı yeni platformanın yaradılması Məsləhət Şurasının sədr müavinləri seçiliblər.
İclasda ATAF Yüksək Elm Şurasının nizamnaməsi təsdiqləndikdən
sonra Türk Tarix Qurumunun o vaxtkı sədri Yusuf Halaçoğlu sədr,
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru,
millət vəkili Yaqub Mahmudov, Bakı Dövlət Universitetinin rektoru, millət
vəkili Abel Məhərrəmov, Azərbaycan Milli Arxiv İdarəsinin sədri Ataxan
Paşayev, Türkiyə Dövlət Arxivləri müdiri Yusuf Sarınay sədr müavinləri
seçiliblər. İclasda eyni zamanda ATAF Təftiş Komissiyası və ATAF İdarə
Heyəti Şurasının üzvləri seçiliblər.
8
ATAF bu istiqamətdə fəaliyyətinə davam edərək 2008-ci il sentyabrın
27-28-də Ankarada Azərbaycan, Türkiyə və ABŞ-dan gələn qonaqların
iştirakı ilə konfrans təşkil edib. Konfransda beynəlxalq hüquq, Azərbaycan
və Türkiyə baxımından erməni məsələsi müzakirə olunub və ATAF-ın
gələcək fəaliyyəti və hədəfləri, 2009-2015-ci illərdə ATAF-ın fəaliyyət
strategiyası müəyyən edilib.
9
ATAF 2008-ci ildə Türkiyədə bəzi “ziyalıların” türklərin ermənilərə qarşı
törətdikləri “soyqırımına” görə başladıqları “üzr istəmə kampaniyası”na da
biganə qalmayıb, bu kampaniyada iştirak edənləri qınayıb.
10
Ermənistan
ordusunun 1992-ci il fevralın 26-da Xocalıda törətdiyi soyqırımının 17-ci
ildönümündə ATAF ilk dəfə Korhan Yurtseverin rejissorluğu ilə türk dilində
“Hocalı Katliamı. Bu, Son Olsun” adlı film çəkib. Film azərbaycan, ingilis
və rus dillərinə tərcümə edilərək ictimaiyyətə çatdırılıb.
11