153 Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr Son illərdə bu sahələrə araşdırma mərkəzləri arasındakı əməkdaşlıqlar da
əlavə olunub.
İki ölkə arasındakı əlaqələrdə QHT-lərin rolunu bir neçə qrupa
ayırmaq mümkündür. Bunların içərisində ən əhəmiyyətlisi Türkiyədəki
Azərbaycan dərnəklərinin bu ölkədəki tanıtma işləri, Azərbaycandakı
bəzi türk dərnəklərinin tanıtma fəaliyyətləri, Azərbaycandakı bəzi qeyri-
hökumət təşkilatlarının Türkiyədəki işləri, Türkiyədəki bəzi qeyri-hökumət
təşkilatlarının Azərbaycandakı işləridir. Bundan başqa, Azərbaycan və
Türkiyə QHT-lərinin ortaq bir mövzu və ya problemlə bağlı üçüncü ölkədəki
birgə fəaliyyətləri, habelə ATƏT, NATO və digər beynəlxalq təşkilatlara,
müsəlman, ya da türk şəxsiyyətinə istiqamətlənmiş işləri mövcuddur.
Azərbaycandakı QHT-lər ikili əlaqələrdə rəsmi siyasətin tamamlayıcısı
rolunda çıxış edirlər. Bəzi QHT-lər dövlətin xarici siyasətdə nisbətən daha
az maraq göstərdiyi sahələrdə fəaliyyət göstərirlər. Türkiyə ilə Azərbaycanın
daha çox inteqrasiyasına istiqamətlənən səylər, yaxud Şimali Kipr Türk
Respublikasının (SKTR) tanınmasında Türkiyənin fəaliyyətini dəstəkləmək
üçün görülən işlər bu çərçivədə qiymətləndirilə bilər.
Türkiyədəki vətəndaş cəmiyyəti təşkilatları içərisində araşdırma
mərkəzi kimi fəaliyyət göstərənlərin bəziləri dövlətlə əməkdaşlıq edərək,
rəsmi siyasətin tamamlayıcısı rolunda ciddi işlər görüblər. Məsələn,
SETAV, TASAM, USAK, ORSAM kimi strateji araşdırma mərkəzlərinin
və digər bəzi qeyri-hökumət təşkilatlarının təşkil etdikləri toplantılarda hər
iki ölkənin səlahiyyətli şəxsləri iştirak edib, toplantılar daha çox mövcud
idarəçilərin siyasətlərini izah etməyə, əsaslandrmağa və mövcud əlaqələrə
töhfə verməyə istiqamətlənib. Rəsmilərin siyasətinə daha çox USAK-ın
peşəkarlıq və ictimaiyyəti istiqamətləndirmə mövzusunda dəstək verdiyi
də müşahidə edilib. Uzun müddət ərzində Avrasiya Strateji Araşdırmalar
Mərkəzinin (ASAM) çox ciddi işlər gördüyünü xatırlatmaq lazımdır.
ASAM Türkiyə və Azərbaycanda ikitərəfli əlaqələrə və ümumi mövzulara
aid çoxlu sayda toplantı təşkil edib.
Türkiyə dövlətinin xarici siyasətdə çox maraq göstərmədiyi sahələr üzrə
işləyən və Azərbaycan ilə əlaqələrə ciddi töhfələr verən QHT-lər arasında
Türk Ocağı, Azərbaycan Mədəniyyət Dərnəyi, Mərmərə Qrupu, TÜDEV
ciddi işlər görüblər.
Azərbaycan və türk ictimai rəyinə, siyasətçilərinə, mediasına xitab
edərək, ikitərəfli əlaqələrin inkişafı üçün ciddi çalışmalar aparan QHT-lərdən
biri TÜRKSAM-dır. TÜRKSAM həm də Azərbaycan və Azərbaycanın
maraq göstərdiyi əsas mövzulara dair davamlı işlər (araşdırma, nəşr,