114 Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri məktəblərinin təcrübəsinin öyrənilməsi səfər zamanı diqqət mərkəzində
olub.
Artıq təhsil əlaqələri qurulub və fəaliyyət üçün hüquqi əsas yaradılıb.
Ölkələrimiz arasında əməkdaşlıq genişlənir. Bu baxımdan Azərbaycan
nümayəndə heyətinin Qaradəniz Universitetlər Birliyinin İstanbulda 2000-ci
il iyulun 2-dən 11-dək keçirdiyi II Beynəlxalq Konqresdə iştirakı da faydalı
olub. Konqresin açılışında Misir Mərdanov çıxış zamanı bildirib ki, bu
tədbir Qaradəniz hövzəsi universitetləri arasında yeni əlaqələrin qurulması
və əməkdaşlığın daha da inkişaf etdirilməsində xüsusi rol oynayaq.
Konqresdə Albaniya, Bolqarıstan, Gürcüstan, Ermənistan, Moldova,
Rumıniya, Rusiya, Yunanıstan və Ukraynadan da qonaqlar iştirak ediblər.
Qaradəniz Universitetlər Birliyinin növbəti görüşü 2002-ci ildə Bakıda
keçirilib.
Təhsil sahəsində əməkdaşlıqla bağlı əlamətdar hadisələrdən biri də 2000-
ci ilin dekabrında Misir Mərdanovun dəvəti ilə Türkiyə Respublikası milli
təhsil nazirinin Bakıya səfəridir. Türkiyə Respublikasının milli təhsil naziri
Mətin Bostançıoğlu səfər zamanı bəyan edib ki, həmin il Bakıda baş vermiş
zəlzələdən ziyan çəkmiş iki məktəbin təmirini Türkiyə Respublikası Milli
Təhsil Nazirliyi üzərinə götürür. Bakı şəhərindəki İncəsənət Gimnaziyası və
Səbail rayonundakı 7 nömrəli orta məktəbin təmirinə Türkiyə Respublikası
Milli Təhsil Nazirliyi 50.000 ABŞ dolları məbləğində vəsait ayırıb. Səfər
zamanı təhsil və elm sahələrində əməkdaşlıq haqqında növbəti Protokol
imzalanıb. Bu Protokolun 14-cü maddəsində ali təhsil diplomlarının
qarşılıqlı tanınmasını sürətləndirmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası (YÖK) rəhbərliyinin mütəxəssislərindən ibarət yaradılmış Birgə Komissiyanın ildə bir dəfə Bakıda və ya Ankarada işləməsi üçün şərait yaradılması qeyd olunub. Buna
əsasən formalaşmış Birgə Komissiyanın fəaliyyəti nəticəsində Azərbaycan
ali məktəblərinin müvafiq ixtisaslarının tanınması sahəsində müəyyən
irəliləyişlər əldə edilib.
Protokolun 12-ci maddəsinə “Türk dünyası tarixi” və “Türk dünyası ədəbiyyatı” dərs kitablarının çap olunması üçün bu günə qədər aparılan işlərin davam etdirilməsi”, 19-cu maddəsinə Azərbaycan və Türkiyənin
qarşılıqlı olaraq qarşı tərəfin təhsil işçiləri üçün “Azərbaycan dilini öyrətmə və təhsil sistemini tanıtma” və “Türk dilini öyrətmə və təhsil sistemini tanıtma” mövzularında xidməti təhsil seminarlarının təşkil olunması”, 22-ci maddəsinə “iki ölkə arasında tərəflərin daxili imkanları nəzərə alınmaqla ali təhsil işçilərinin mübadiləsini gücləndirmək üçün tədbirlərin