Ɔ Təhsil Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsində sinxron tərcümə laboratoriya sisteminin qurulması Azərbaycanda tərcümə sahəsində keyfiyyətli peşə təliminin
verilməsini təmin etmək üçün TİKA Baş Ofisi 2010-cu ildə Azərbaycan
Dillər Universitetinin tərcümə fakültəsində 12 nəfərlik 2 dərs otağı və 1
konfrans zalından ibarət sinxron tərcümə laboratoriyası sistemini qurub.
Laboratoriyanın köməyi ilə dərs otaqlarında eyni vaxtda ən az iki qrupun
dərs keçməsinə imkan yaradılıb və təlim müddəti boyunca tələbələr
konfrans zalından staj keçmək üçün faydalana bilirlər.