129 Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011) Sərgi zamanı Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov
Türkiyənin milli müdafiə naziri Vecdi Gönüllə görüşərək, ölkələrimizə fayda
gətirəcək perspektiv müqavilələr imzalayıblar. Müqavilələrə əsasən, hər iki
tərəfin mütəxəssisləri prinsipcə yeni növ silahların işlənib hazırlanmasında
iştirak edəcək. Bununla da Azərbaycan Respublikası Müdafiə Sənayesi
Nazirliyi yeni bir mərhələyə qədəm qoyur. Müdafiə Sənayesi Nazirliyi
yeni inkişaf səviyyəsinə çatdığını, gələcəyin əsasını bu gün qoya bilən əqli
potensiala malik olduğunu göstərir. Hər iki tərəfin mütəxəssisləri 2011-ci
ilin iyununda görüşərək birgə fəaliyyət göstərmələri haqqında qərar qəbul
edib və layihənin uğurla nəticələnəcəyinə əmin olduqlarını bildiriblər.
Çox az dövlət var ki, müstəqillik əldə etdikdən sonra qısa vaxt
ərzində inkişaf hesabına başqa ölkələrdən asılılığını azaltsın. Azərbaycan
Respublikasını məhz bu cür dövətlərə aid etmək olar. Ötən iyirmi il
ərzində Azərbaycan Respublikası istər iqtisadiyyatda, istər əhalinin sosial
təminatında, istər dövlət və istərsə də ordu quruculuğunda əldə etdiyi
uğurlarla müstəqilliyini yeni qazanmış dövlətlərə nümunə ola bilər.
2011-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü
münasibəti ilə keçirilən hərbi nümayişdə dövlətimizin bu istiqamətdə əldə
etdiyi uğurlar göz qarşısında idi. Hərbi nümayiş sübut etdi ki, Azərbaycan
xəyallarla yaşamır, sabahı düşünərək gələcəyə inamla gedir. Bu cür əqli
potensiala, orduya və iqtisadiyyata malik olan dövlət basılmazdır.
Hazırda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin hərbi
sənaye kompleksləri arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir və
sürətlə inkişaf edir. Qardaş Türkiyənin sahib olduğu müasir hərbi sənaye
Azərbaycan üçün də fəxr mənbəyidir, çünki güclü Türkiyə eyni zamanda
güclü Azərbaycan deməkdir.