Ɔ İnvestisiya axını və birgə müəssisələr ARDNŞ-in Türkiyədə investisiya yatırımlarının intensivliyini
artırması, iki ölkənin neft-kimya komplekslərini inteqrasiya etmək
niyyətini açıqlaması gələcəkdə mühüm nəticələrə gətirib çıxara bilər. Bu
inteqrasiya iki qardaş ölkə iqtisadiyyatlarının ümumi bir vəhdət halında
çalışması istiqamətində ciddi bir addım olacaq. Bütün bunlar göstərir
ki, artıq ölkələrimiz arasında investisiya axınları qarşılıqlı xarakter alır.
Əgər bir neçə il bundan əvvələ qədər, adətən, Türkiyənin Azərbaycana
investisiya qoyuluşlarından danışılırdısa, artıq Azərbaycan da Türkiyəyə
irihəcmli investisiya qoyuluşları həyata keçirməyə başlayıb
7
. Türkiyənin
hazırda Azərbaycan iqtisadiyyatına sərmayəsinin həcmi 10 milyard dollara
6 http://e-qanun.az/print.php?internal=view&target=1&docid=21161&doctype=0 (2011)
7 http://www.gun.az/interview/15000 (2011)