68 Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər min ton reformat, 630 min ton petrokok və s. məhsullar istehsal ediləcəkdir
ki, bunların da nəticəsində Türkiyənin illik xarici ticarət kəsiri təxminən 2
milyard dollar azalacaq. Kompleksin inşası zamanı 10 min nəfər, fəaliyyəti
zamanı isə min nəfər işçi çalışacaq. Kompleksin tikintisi nəticəsində
Petkim kompleksi xammalla təmin olunmalı, ARDNŞ dizel yanacağı,
aviasiya kerosini və kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına
çıxmalıdır. Bütövlükdə, “SOCAR-TURCAS” birgə müəssisəsi “Petkim”ə
2023-cü ilə qədər 10 milyard dollar sərmayə qoymağı planlaşdırır
12
.
ATİB-in fəxri sədri Ahmet Erentok bu layihə ilə bağlı bildirib ki,
Türkiyə və Azərbaycan arasında sarsılmaz qardaşlıq münasibətlərinin
simvollarından olacaq “STAR” neft-kimya kompleksi ölkələrimiz
arasındakı strateji müttəfiqliyi daha da gücləndirəcək: “25 oktyabr
Azərbaycan və Türkiyə üçün tarixi gündür. Azərbaycan nefti artıq xammal
kimi deyil, əlavə dəyər yaradılaraq yarımfabrikatlar və hazır məhsul kimi
üçüncü ölkələrə ixrac ediləcək. Eyni zamanda, istehsal edilən məhsullar
Türkiyənin daxili tələbatını ödəməklə yanaşı, idxalı əhəmiyyətli dərəcədə
azaldacaq. Həmçinin, hər iki ölkə iqtisadiyyatlarının əsas sektorlarından
olan neft-kimya komplekslərinin inteqrasiyası digər sektorlar üçün
multiplikator effekti rolunu oynayaraq onların da inteqrasiyasına gətirib
çıxara bilər. Hazırkı Avropa Birliyinin əsasında Avropa Kömür və Polad
Birliyi dayanır. Azərbaycan və Türkiyənin neft-kimya komplekslərinin
inteqrasiyasının regionda analoji nəticəyə gətirib çıxaracağı iddiasından
uzağam. Amma bu inteqrasiya iki qardaş ölkə iqtisadiyyatlarının ümumi
bir vəhdət halında çalışması istiqamətində ciddi addım olacaq. Bir sözlə,
Türkiyə və Azərbaycanın strateji gücünü artıracaq bu layihə ölkələrimizin
regiondakı və dünyadakı mövqelərini daha da qüvvətləndirəcək”
13
.