Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi diaqramından da
göründüyü kimi, iki ölkə arasındakı ticarət dövriyyəsinin dinamikası son 5
ildə əvvəlki dövrlərlə müqayisədə daha yüksək olub. Azərbaycanla Türkiyə
arasında ticarət dövriyyəsi 1995-ci ildə cəmi 167 milyon dollar, 2000-ci ildə
234 milyon dollar, 2005-ci ildə isə 589 milyon dollar təşkil edib. Bu ticarət
dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin müvafiq olaraq
1995-ci ildə 12.8%-i, 2000-ci ildə 8%-i, 2005-ci ildə isə 7%-ini təşkil edib.
1995-ci ildə Azərbaycanın idxal əməliyyatlarının beşdə biri (21%-i), 2000-
ci ildə 11%-i, 2005-ci ildə isə 7.4%-i Türkiyə ilə aparılan əməliyyatların
payına düşüb .
Qeyd edək ki, son illər Azərbaycan Ümumdünya Ticarət Təşkilatına
üzvlüyü çərçivəsində də Türkiyə ilə əməkdaşlığı uğurla davam etdirir.
Azərbaycan Milli Məclisində müzakirə edilən yeni Gömrük Məcəlləsinin
həmmüəllifləri arasında Türkiyə ekspertləri də var. Bu sənəd ölkənin gömrük
sisteminin və tətbiq edilən gömrük rejimlərinin təkmilləşməsini nəzərdə tutur.
İndiki mərələdə iki ölkə arasındakı mövcud gömrük qanunvericiliyi, gömrük
statistikası və gömrük hesabatlarının unifikasiyasına da ehtiyac duyulur.
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi Qarşılıqlı artan maraqlar ölkələrimiz arasındakı ticarət əlaqələrinə də
pozitiv təsir göstərib. Azərbaycanın idxalda əsas tərəfdaşlarının siyahısında