Ɔ Nəqliyyat və rabitə sahəsində əməkdaşlıq Tikintisinə 2008-ci ildə start verilən və 2012-ci ildə başa çatdırılması
planlaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi ilə
Azərbaycanla Türkiyə arasında qurulması nəzərdə tutulan strateji
infrastruktur xətləri böyük ölçüdə başa çatacaq ki, bu da hər iki ölkənin
regiondakı strateji, geosiyasi və geoiqtisadi nüfuzunun daha da
güclənməsini şərtləndirəcək. Azərbaycan, həmçinin, Qarsdan Naxçıvana
dəmiryolunun tikintisi ilə Naxçıvanla birbaşa dəmiryolu əlaqəsinin
qurulmasına nail olacaq. Qars-Axalkalaki (Gürcüstan) arasında 98
kilometrlik yeni bir dəmiryolunun tikintisi, Gürcüstanda isə 160 kilometrlik
mövcud dəmiryolunun modernləşdirilməsi ilə birlikdə Türkiyə-Gürcüstan-
Azərbaycan dəmiryolu şəbəkələrinin birbaşa birləşdirilməsini nəzərdə tutan
“Bakı-Tbilisi-Qars” dəmiryolu layihəsinin 2012-ci ildə tam reallaşdırılması
da planlaşdırılır
21
. Bundan başqa, Türkiyə Dövlət Dəmiryolları İşlətməsi ilə
20 http://e-qanun.az/print.php?internal=view&target=1&docid=13851&doctype=0 (2011)
21 http://www.mfa.gov.tr/turkiye-azerbaycan-ekonomik-iliskileri.tr.mfa