Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər təmin etmək üçün hər iki ölkənin investisiya proqramları və prioritet
sektorları haqqında mütəmadi qaydada məlumat mübadiləsi aparılacaq.
20
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı istiqamətində isə işlər
Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin fəaliyyətləri
çərçivəsində həyata keçiriləcək, mövcud saziş və protokollarda nəzərdə
tutulan əməkdaşlıq sahələri ilə yanaşı, yeni əməkdaşlıq sahələrinin müəyyən
edilməsinə dair fikir mübadiləsi aparılacaq. Azərbaycanın və Türkiyənin
turizm potensialının hər iki ölkə vətəndaşlarına yüksək səviyyədə
tanıdılması məqsədilə əməkdaşlıq davam etdiriləcək, hər iki ölkənin
dövlət qurumları və özəl şirkətləri arasında əlaqələr genişləndiriləcək,
Azərbaycandakı turizm infrastrukturunun yenilənməsi və ya inkişafı
istiqamətindəki işlərdə əməkdaşlıq imkanları müzakirə ediləcək. Bununla
əlaqədar, bu Proqramın və İcra Planının qüvvəyə minmə tarixindən
etibarən altı ay ərzində bir tədqiqat tipli hesabat hazırlanacaq və hər iki
ölkənin müvafiq qurum və təşkilatlarına təqdim olunacaq. Müştərək turizm
layihələrinin həyata keçirilməsi sahəsində hər iki ölkənin investorlarının
təşviq edilməsi istiqamətində işlər görüləcək. Türkiyənin müvafiq təhsil
qurumları ilə Azərbaycanda yeni yaradılmış Azərbaycan Turizm İnstitutu
arasında əlaqələr yaradılacaq və Türkiyədən mütəxəssislər dəvət ediləcək.