“Ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi” layihəsi Ölkədə ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün elmi
təminatın həyata keçirilməsinə məsul olan dövlət strukturu Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-
Tədqiqat İnstitutudur. Bu qurumla birgə icra olunan layihə ölkədə
alternativ aqrar istehsal forması kimi ekoloji kənd təsərrüfatının
inkişaf etdirilməsi məqsədini güdür Bu sahədə Türkiyə təcrübəsinin
Azərbaycana gətirilməsi və hər iki ölkə qurumları arasında əməkdaşlığın
möhkəmləndirilməsi üçün yerli mütəxəssislərin qardaş dövlətdə təlim,
təcrübə və tədqiqat proqramlarında iştirak etməsi təmin olunub. Layihə
çərçivəsində 2011-ci il oktyabrın 31-dən noyabrın 4-dək Gəncə və
Bakı şəhərlərində Türkiyədən dəvət olunan mütəxəssislər və yerli elm
adamlarının iştirakı ilə seminarlar təşkil edilib.
Layihənin sonrakı mərhələlərində beynəlxalq konfransın təşkil olunması,
Türkiyədən mütəxəssis ezam olunması və pilot istehsal layihəsinin həyata
keçirilməsi nəzərdə tutulur.
Yuxarıdakı layihə və fəaliyyətlərdən başqa aqrar tədqiqat mərkəzlərinə
avadanlıq yardımı göstərilib, yerli fermerlərin təlimi üçün audio, video
və yazılı tədris materialları gətirilib, gübrə və toxum yardımı edilib,
azərbaycanlı mütəxəssislər üçün təlim proqramları təşkil olunub, kənd
təsərrüfatı maşınları hədiyyə verilib, Türkiyədə keçirilən konfrans, seminar,
sərgi və s. bu kimi tədbirlərdə azərbaycanlı mütəxəssislərin iştirakı təmin
edilib.