Torpaq analizi laboratoriyaları Əkin sahəsi kimi istifadə olunan torpaqların kimyəvi tərkibinin
öyrənilməsi, torpaqda və bitkilərdə məhsuldarlığın artırılması və ekoloji
problemlərin qarşısının alınması məqsədi ilə 2004-2009-cu illər arasında
həyata keçirilən layihə çərçivəsində Gəncə, Quba və Abşeronda fəaliyyət
göstərən üç laboratoriyanın infrastrukturu yaxşılaşdırılıb. Laboratoriyalar
müasir cihaz və avadanlıqlarla təchiz olunub, mütəxəssislər (ümumi sayı
40 nəfər) üçün laboratoriya analizləri ilə bağlı təlim proqramları təşkil
edilib. Türkiyədən ezam olunan mütəxəssislər tərəfindən laboratoriyalarda
aparılan analizlərlə bağlı mütəmadi yoxlamalar aparılıb və lazımi məsləhət
xidməti verilib.
Nəticədə, Gəncə, Quba və Abşeron torpaq analizi laboratoriyalarında
çalışan yerli mütəxəssislər torpaqların əkin və suvarmaya əlverişli olmasının
öyrənilməsi üçün azot, fosfor, natrium, xlor və buna bənzər 70-dən çox
kimyəvi analiz apara biliblər.