97 Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi Ɔ Giriş Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində dünya coğrafiyasında
sürətli transformasiyalar yaşanıb. Varşava blokunun və SSRİ-nin süqut
etmələri nəticəsində Orta Asiya, Cənubi Qafqaz və Balkan yarımadasında
yeni dövlətlər meydana çıxıb. İnkişaf etmiş ölkələr gözləmə siyasəti
yürüdərkən, Türkiyə müştərək tarix, mədəni və dil bağları olan yeni
dövlətlərin müstəqilliyini tanıyıb. Türkiyənin tarixi məsuliyyəti, sahib
olduğu təcrübəni region ölkələri ilə daha asan paylaşa bilmə üstünlüyü
və bu ölkələrin dünya ilə inteqrasiyasına kömək edə bilmə imkanları
xüsusi bir vəzifə və məsuliyyət anlayışı formalaşdırıb. Bu anlayışdan irəli
gələrək 1992-ci ildə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Baş Ofisi
(TİKA) qurulub. Türkiyə Cümhuriyyəti uzun illər boyu qardaş dövlət və
cəmiyyətlərə sözlə və qəlbən verdiyi dəstəyi həmin tarixdən etibarən texniki
əməkdaşlıq və konkret layihələr ilə tamamlamağı prioritet xarici siyasət
hədəfinə çevirib. Bu çərçivədə qarşıya inkişaf etməkdə olan türkdilli ölkələr,
qohum cəmiyyətlər və Türkiyəyə qonşu dövlətlərlə iqtisadi, ticarət, texniki,
sosial, mədəni və təhsil üzrə əməkdaşlığı inkişaf etdirmək, bu ölkələrin
inkişafına köməklik göstərmək hədəfi qoyulub. Türkiyə Cümhuriyyəti Baş
Dr. Salih POLAT TİKA Azərbaycan Proqram Koordinatoru
Abbas HÜMMƏTOV TİKA Bakı Proqram Koordinasiya Ofisi Assistenti