Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər ondan asılı vəziyyətə düşən Cənub-Şərqi Avropa ölkələri və Balkan regionu
“Şahdəniz” yatağının ikinci fazasının hasilatından sonra (2017-ci ildən
etibarən) enerji təhlükəsizliyi baxımından daha əlverişli vəziyyətə düşəcək.
Cənub-Şərqi Avropa ölkələri və Balkan regionu üçün enerji təhlükəsizliyi
olduqca vacibdir, çünki bir ölkədən asılılıq və həssaslıq ölkələrin milli
təhlükəsizliyinə də təhdid ola bilər. Bu baxımdan, yeni mənbədən –
Xəzər regionundan qərb istiqamətində qazın nəqli çox vacibdir və Avropa
Azərbaycan qazının qərb istiqamətində nəqlində olduqca maraqlıdır.
Gələcəkdə “Şahdəniz”in ikinci fazasından başqa, yeni aşkar olunmuş
və hazırda inkişaf etdirilən yataqlardan (“Abşeron”, “Ümid”, “Babək”,
“Zəfər-Məşəl”, “Naxçıvan” və s.) əldə olunan qazın da Türkiyə üzərindən
Avropa bazarlarına nəqli nəzərdə tutulur. Hər biri 200 milyard m
3
-dən 400
milyard m
3
-dək qaz ehtiyatına malik olan “Ümid”, “Babək” və “Abşeron”
yataqlarından əlavə 10 milyard m
3
qazın ixracı 2020-ci ildən sonra mümkün
olacaq. Başqa sözlə, Azərbaycan 2020-ci ildən sonra Avropa bazarlarına
qazın ixracat həcmini 20 milyard m
3
-ə çatdırmaq iqtidarındadır.
Bundan əlavə, sentyabrın 12-də Avropa İttifaqının (Aİ) Şurası və Avropa
Komissiyası Transxəzər boru xəttinin reallaşmasına dair Azərbaycan və
Türkmənistanla vahid qurum kimi danışıqlar aparılması və danışıqların
sonunda hüquqi gücə malik olan sazişin imzalanmasını qərara alıb.
Bu qərar Avropa İttifaqının vahid xarici enerji siyasəti həyata
keçirilməsində mühüm inkişafdan xəbər verir və Aİ-nin layihədə nə
qədər maraqlı olduğunu nümayiş etdirir. Hər zaman regionda Rusiyanın
maraqlarını nəzərə alan və onunla ehtiyatlı siyasət yürüdən Aİ ilk dəfədir ki,
Rusiyanın maraqlarına zidd olan addım atır və bu məsələdə kəskin qərarlı
olduğunu bildirir. Bu qərar Cənub qaz dəhlizinin reallaşmasına geniş imkan
yaradır, xüsusilə Aİ üçün strateji və ən böyük layihə olan “Nabukko”nun
həyata keçməsi üçün qaz həcminin qıtlığı probleminə də son qoyur.
Transxəzər boru xətti regionun ən böyük və əlverişli “hub”ına çevrilməsi
üçün Türkiyənin imkanlarını və rolunu daha da artırır. Bu layihə vasitəsilə
Türkmənistan Azərbaycan və Türkiyə ərazisindən ilkin olaraq ildə 10
milyard m
3
, gələcəkdə 20 milyard m
3
və daha artıq qazı Avropa bazarlarına
nəql edəcək. Layihəyə gələcəkdə Özbəkistan və Qazaxıstanın da qoşulması
mümkündür.
Lakin Aİ-nin Transxəzər layihəsinə dair apardığı siyasəti kifayət qədər
düşünülmüş adlandırmaq olmaz. Avropa İttifaqı öncə infrastrukturun
qurulması siyasətini irəli sürüb. İngiltərənin geoloji şirkəti “Glaffney,
Cline&Assosiate”-in verdiyi məlumata görə, Türkmənistanın sübut