Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi “Bitki mühafizəsi və karantin laboratoriyalarının yenilənməsi” layihəsi Azərbaycana idxal olunan bitkiçilik məhsullarının sağlam şəkildə
müayinə edilərək ölkəyə daxil olmasının təmin edilməsi məqsədi ilə
2000-2006-cı illər arasında layihə həyata keçirilib. Layihə çərçivəsində
bitki mühafizəsi və karantini sahəsində xidmət göstərən Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar
Nəzarəti Xidmətinə bağlı Bakı mərkəz, Astara və Samur sərhəd
karantin labaratoriyalarına yeni avadanlıqlar verilib və burada işləyən
mütəxəssislər (təqribən 100 nəfər) üçün Türkiyə və Azərbaycanda
müxtəlif tədris proqramları təşkil olunub. Türkiyədən ezam olunan
mütəxəssislər Dövlət Fitosanitar Nəzarəti Xidmətinə məsləhət xidməti də
verib. Bundan əlavə, Azərbaycanda bitki mühafizəsi və karantinlə bağlı
qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan fəaliyyətlərə
də dəstək göstərilib.
Layihənin bitki mənşəli xəstəlik və zərərvericilərin xaricdən Azərbaycana
gəlməsi, eyni zamanda ölkə daxilində regionlar arasında yayılmasının
qarşısını alan nəzarət mexanizminin formalaşdırılması, aqrar istehsalın
inkişafı və ərzaq təhlükəsizliyi kimi milli hədəflərin reallaşdırılması, habelə
qanunvericilik bazasının təkmilləşdirilməsinə müsbət və vacib təsirləri
olub.