Ɔ Kənd təsərrüfatı Azərbaycan-Türkiyə Toxum İstehsalı və Tədqiqat Müəssisəsi Azərbaycanda toxumçuluğun inkişaf etdirilməsi istiqamətində 1995-
ci ildən etibarən həyata keçirilən fəaliyyətlərin konkret bir struktur
vasitəsilə aparılması, Türkiyə və Azərbaycan mənşəli toxum növlərinin
sınaqdan keçirilməsi, yaxşılaşdırılması və uyğun növlərin istehsal
edilməsi məqsədi ilə 2001-ci ildə Xaçmaz rayonunda Azərbaycan-
Türkiyə Toxum İstehsalı və Tədqiqat Müəssisəsi yaradılıb. Kənd
təsərrüfatı avadanlıqları, toxum və gübrə ilə təchiz edilən müəssisənin
keyfiyyətli toxum istehsal etməsi təmin olunub. Bundan əlavə,
müəssisədə fermerlərin təlim keçməsi üçün Fermer Təlim Mərkəzi
yaradılıb və işçilər üçün təlim proqramları təşkil olunub. Aparılan
toxumçuluq işləri nəticəsində məhsuldarlıqda 25-30% artım əldə edilib.
TİKA-nın Türkiyədən gətirdiyi toxumların sınaq əkini nəticəsində
illik ortalama 500-600 ton yüksək keyfiyyətli toxum istehsal olunaraq
ölkənin müxtəlif regionlarındakı fermerlərə verilməkdədir.