101
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
ixtisaslaşmış kadrların hazırlanması məqsədilə 2005 və 2006-cı illərdə
layihə həyata keçirilib. Türkiyədən Azərbaycana ezam olunan peşəkarlar
yerli mütəxəssislərə məsləhət xidməti verib və fəaliyyət planı hazırlanıb.
Daha sonra 27 nəfər azərbaycanlı mütəxəssis üçün kənd təsərrüfatı master
planlarının hazırlanması mövzusunda “təlimçilərin təlimi” mahiyətində 3
həftəlik kurs təşkil olunub. Təlimdə iştirak edən mütəxəssislər arasında
seçim aparılaraq, iki pilot rayonda kənd təsərrüfatı master planlarının
hazırlanması üçün işçi qruplar formalaşdırılıb. Bu işçi qrupların həyata
keçirdiyi 15 günlük sahə çalışmalarında türkiyəli mütəxəssislər də
yaxından iştirak edərək lazımi məlumat, təcrübə və məsləhət yardımı
göstəriblər.
Dostları ilə paylaş: