Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi Ɔ İdarəetmənin təkmilləşdirilməsi Azərbaycanlı hakimliyə namizədlər üçün təlim proqramları Azərbaycan məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların
dəstəklənməsi məqsədilə 2008-2009-cu illərdə hakimliyə namizədlər üçün
Azərbaycan və Türkiyədə müxtəlif təlim proqramları təşkil olunub.
Məhkəmə-Hüquq Şurası üçün “Təlimçilərin təlimi” proqramı Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması,
məhkəmə fəaliyyətinin yaxşılaşdırılması və ölkələr arasında bu sahədə
əlaqələrin inkişafı məqsədilə məhkəmə-hüquq sistemində çalışan 20 nəfər
azərbaycanlı hüquqşünas 2011-ci il mayın 28-dən iyunun 5-dək Türkiyədə
“Təlimçilərin təlimi” proqramında iştirak edib.