Ɔ Elmi və mədəni sahələrdə əməkdaşlıq “XXI əsrdə qadının rolu” mövzusunda beynəlxalq konfrans Azərbaycan, Qazaxıstan, Qırgızıstan, Özbəkistan və Türkmənistanın
dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası
Milli Məclisinin himayəsi və TİKA, TürkPA, Dialoq Avrasiya Azərbaycan
Nümayəndəliyi və Lider Qadınlar İctimai Birliyinin birgə əməkdaşlığı ilə
oktyabrın 3-4-də “XXI əsrdə qadının rolu” mövzusunda beynəlxalq konfrans
təşkil olunub. Bakıda keçirilən bu konfransda Türkiyə Respublikasının
ailə və sosial siyasət naziri Fatma Şahin, Azərbaycan Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırgızıstan Özbəkistan və
Türkmənistandan olan qadın deputatlar, elm adamları, siyasət və qeyri-
hökumət təşkilatı nümayəndələri iştirak ediblər.