Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi sentyabrın13-16-da isə “İllik iş statistikası” mövzularında Komitəyə
məsləhət xidməti verilib. Habelə Komitə əməkdaşları üçün Türkiyədə
həmin mövzularda təlim proqralmarı təşkil edilib. Verilən təlim və məsləhət
xidməti proqramlarına Komitəsinin 25 əməkdaşı cəlb olunub.
Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təlim dəstəyi Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
(QKDK) və Türkiyə Kapital Bazarı Şurası (SPK) ilə birgə təşkil olunan
təcrübə və təlim kurslarının həyata keçirilməsinə TİKA dəstək verib. Bakıda
və İstanbulda keçirilən proqramlarda QKDK-nın təqribən 40 əməkdaşına
təlim verilib. QKDK-nın təklifi əsasında Milli Depozit Mərkəzinin 8
əməkdaşının Türkiyənin Takasbank və Milli Qeydiyyat Təşkilatında təşkil
olunan təlim proqramlarında iştirak etməsinə köməklik göstərilib.
İdarəetmənin təkmilləşdirilməsi sahəsində əlavə olaraq TİKA Baş
Ofisinin aşağıdakı fəaliyyətləri də vurğulana bilər:
- Daşınmaz Əmlakın Dövlət Reyestri sahəsində əməkdaşılq;
- Beynəlxalq Polis Təlimi əməkdaşlıq layihəsi;
- Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşları üçün təlim
proqramı.